Keçid linkləri

2025, 04 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 03:53
'Qabaqda bizi problemlər gözləyir' - Bələdiyyə seçkilərinin yekunu
Gözlə

No media source currently available

0:00 0:03:11 0:00

'Qabaqda bizi problemlər gözləyir' - Bələdiyyə seçkilərinin yekunu

Bələdiyyə seçkilərində pozuntular - Topa bülletenlər və MSK-nın kamerasına düşənlər

Yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçirilib. 118 dairə üzrə (5 mindən çox məntəqədə) seçkilərdə 16 mindən çox namizəd iştirak etdi. Seçkilər nəticəsində 685 bələdiyyəyə 8 min civarında üzv seçilməlidir.

Altı məntəqədə nəticələr ləğv edilib

Yanvarın 29-da keçirilən bələdiyyə seçkilərində altı seçki məntəqəsinin nəticələri ləğv edilib.

Bununla bağlı qərar fevralın 3-də keçirilən Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qəbul olunub.

İclasda bildirilib ki, 81 saylı İmişli seçki dairəsi üzrə 42, 43, 44, 45 və 46 saylı məntəqələrdə bələdiyyə seçkiləri üzrə nəticələr ləğv edilib. Həmin məntəqələrdə Bəcirəvan kənd bələdiyyəsinə seçkilər keçirilib. Bununla da həmin bələdiyyə üzrə seçkilərin nəticələri etibarsız hesab olunur. Sözügedən bələdiyyənin tərkibinə Sabirabad rayonun Ağcüyür və Bəcirəvan kəndləri daxildir.

Bakının 23 saylı Nəsimi-Səbail seçki dairəsi üzrə də bir seçki məntəqəsinin nəticələri ləğv edilib.

İclasda qeyd olunub ki, bələdiyyə seçkilərindən sonra MSK-ya 20, dairə seçki komissiyalarına isə 10 müraciət daxil olub. Müraciətlər 81 saylı İmişli, 69 saylı Biləsuvar, 119 saylı Ağdam kənd, 95 saylı Zərdab-Kürdəmir-Ucar, 82 saylı İmişli-Saatlı və 23 saylı Nəsimi-Səbail seçki dairələri üzrə olub. Vurğulandığına görə, 119 və 95 saylı seçki dairələri üzrə müraciətlər təsdiqini tapmadığından təmin edilməyib. 69 və 82 saylı seçki dairələri üzrə müraciətlər isə araşdırılması üçün dairə seçki komissiyalarına göndərilib.

Məzahir Pənahovun qalmaqallı təklifi: Seçkilərdə çəkiliş qadağan olunur?

Yaxınları ictimai fəalın həbs olunduğunu bildirirlər

Yaxınları deyir ki, yanvarın 31-də Nəsimi rayon Məhkəməsi ictimai fəal Cəlal Cavadov barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan az miqdarda hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) maddəsi ilə 30 sutka həbs qərarı çıxarıb.

Onların sözlərinə görə, C.Cavadovun narkotikə heç bir aidiyyəti yoxdur.

Məlumatı, hələlik, Daxili İşlər Nazirliyi və məhkəmənin özündən dəqiqləşdirmək mümkün olmayıb.

+++

Yanvarın 30-da ictimai fəal Cəlal Cavadovun saxlandığı bildirilir. Onunla yaxınlarının saat 16:00-dan əlaqəsinin kəsildiyi deyilir.

Dostları hesab edir ki, Cavadov noyabrın 29-da keçirilən bələdiyyə seçkiləri ilə bağlı saxlanıb. Onun seçkilərdə müşahidəçi olduğu bildirilir.

Yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçirilib. Bəzi müstəqil namizədlərin tərəfdarları və müxalif qüvvələr seçkidə ciddi saxtalaşdırma hallarına yol verildiyini bildirirlər. Amma Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib ki, bütün dairələrdə seçkilər normal keçib: "Seçkilərin nəticələrinə təsir edəcək heç bir hal baş verməyib".

MSK: Bələdiyyə seçkilərində seçici fəallığı 31.45 faiz olub

Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, respublika üzrə 1 milyon 874 min 810 nəfər səs verib və seçici fəallığı 31.45 faiz olub.

Bələdiyyə seçkilərində kvorum yoxdur.

Davamı

XS
SM
MD
LG